Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bakı Ağır Cinayətlər Məhkəməsi üçün yeni bina inşa olunur

“Kürdəxanı” təcridxanasının qarşısında tikilən məhkəmə kompleksi 25 milyon 781 min manata başa gələcək və iki il ərzində istifadəyə verilməsi planlaşdırılır.

12

Bakı Ağır Cinayətlər Məhkəməsi üçün inşa olunan yeni inzibati binada tikinti işləri intensiv mərhələyə keçib.
Yeni kompleks Bakı İstintaq Təcridxanasının (“Kürdəxanı” təcridxanası) qarşısında yerləşir və işlər bu ilin fevral ayından etibarən aparılır.

Layihəyə əsasən, tikinti iki il ərzində tamamlanaraq təhvil veriləcək. Məhkəmə kompleksinin inşası Ədliyyə Nazirliyinin keçirdiyi tenderin nəticəsinə əsasən “TVM İnşaat” şirkətinə həvalə olunub.

Tikinti layihəsinin ümumi dəyəri 25 milyon 781 min manat təşkil edir.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsi paytaxtın Səməd Vurğun küçəsi 30 ünvanında fəaliyyət göstərir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.