Bakcell-dən böyük sürpriz: “Porsche Cayenne” də daxil olmaqla 100-dən çox hədiyyə
Şirkət Azərbaycanda ilk dəfə süni intellekt əsaslı lotereya keçirir
İnnovasiya və sürət lideri Bakcell abunəçilərini möhtəşəm hədiyyələrlə sevindirəcək yeni lotereyaya start verib. 1 oktyabr – 31 dekabr tarixlərində keçiriləcək kampaniya çərçivəsində istifadəçilər hər gün “iPhone 17”, hər həftə “Zeekr 001”, finalda isə “Porsche Cayenne” qazanmaq imkanı əldə edəcəklər. Ümumilikdə iştirakçılara 100-dən artıq hədiyyə təqdim olunacaq.
Abunəçilər Bakcell-in məhsul və xidmətlərindən istifadə etdikcə avtomatik lotereyada iştirak edirlər. Mövcud balansdan xərclənən hər 1 AZN – 1 şans, balans artırılan zaman isə əlavə imkanlar təqdim olunur. Məsələn, balansı 5 AZN və daha çox artıran hər kəs, xərclənən hər 1 AZN üçün 2 şans qazanacaq.
Bundan əlavə, abunəçilərə xüsusi “Şans” paketləri təqdim olunur ki, bu paketlər həm əlavə lotereya şansı, həm də şəbəkədaxili danışıq dəqiqələri qazandırır. Qazanılan bütün şanslar barədə SMS vasitəsilə məlumat verilir, iştirakçılar isə şəxsi kabinetlərində ümumi şans sayını izləyə bilirlər.
Qeyd edək ki, bu, Azərbaycanda süni intellekt əsaslı platforma üzərində qurulan ilk genişmiqyaslı lotereyadır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.