Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə fəaliyyəti ilə bağlı bəzi məlumatların gizlədildiyini açıqlayıb. Qurumun baş direktoru Rafael Qrossi bildirib ki, rəsmi Tehran nüvə proqramının və ya onun məqsədlərinin müəyyən hissəsini agentlikdən gizli saxlayıb.
Onun sözlərinə görə, hazırda İranın nüvə silahı hazırladığına dair birbaşa sübut mövcud deyil. Lakin yoxlamalar zamanı mütəxəssislər nüvə proqramı ilə əlaqəsi olmayan obyektlərdə zənginləşdirilmiş uran izlərinə rast gəliblər.
Qrossi Foreign Policy nəşrinə müsahibəsində qeyd edib ki, bəzi obyektlərə çıxış imkanları olsa da, aşkar olunan izlər müəyyən məlumatların gizlədildiyini göstərir.
Agentliyin qiymətləndirməsinə əsasən, İran ərazisində 60 faizə qədər zənginləşdirilmiş təxminən 440 kiloqram uran ehtiyatı mövcud ola bilər.
Əvvəlki yazı
Növbəti yazı
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.