Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bərdədə və Mingəçevirdə açıq məlumatlar barədə məsləhət görüşləri keçirilib

Mingəçevir  Valideynlər Assosiasiyası Çexiya (“Transitions”) və Polşadan (“Linking Media”) olan tərəfdaşları ilə birgə  Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində  martın 13-də Bərdə və Mingəçevirdə icra hakimiyyəti,  təhsil, səhiyyə, mədəniyyət  və statistika işçiləri üçün  açıq məlumatlara dair  məsləhət görüşləri təşkil edib. Bərdədəki elektron kitabxanada və Mingəçevir  Media Mərkəzində gerçəkləşən görüşlərə 40 nəfər qatılıb. MVA-nın və layihə qrupunun rəhbəri Fərman Nəbiyev, Polşanın “Linking Media” təşkilatının nümayəndəsi,  media üzrə mütəxəssis Lyaksey Lyavonçik açıq məlumatların mahiyyətindən, onu əldə etmək və vizual formaya çevirmək yollarından danışıblar.

Görüşlər zamanı açıq məlumatlar əsasında  təşkilatlar üçün mümkün layihələrə dair beyin həmləsi   edilib, müxtəlif ölkələrin təcrübəsindən danışılıb,  xəritəçəkmə üzrə  əsas bacarıqlar və qrafiklərin yaradılması yoları göstərilib.  Bundan sonra görüş iştirakçılarının bir qrupu praktik tapşırıqları  yerinə yetiriblər.

Şərhlər bağlıdır.