Bərdədə və Mingəçevirdə açıq məlumatlar barədə məsləhət görüşləri keçirilib
Mingəçevir Valideynlər Assosiasiyası Çexiya (“Transitions”) və Polşadan (“Linking Media”) olan tərəfdaşları ilə birgə Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində martın 13-də Bərdə və Mingəçevirdə icra hakimiyyəti, təhsil, səhiyyə, mədəniyyət və statistika işçiləri üçün açıq məlumatlara dair məsləhət görüşləri təşkil edib. Bərdədəki elektron kitabxanada və Mingəçevir Media Mərkəzində gerçəkləşən görüşlərə 40 nəfər qatılıb. MVA-nın və layihə qrupunun rəhbəri Fərman Nəbiyev, Polşanın “Linking Media” təşkilatının nümayəndəsi, media üzrə mütəxəssis Lyaksey Lyavonçik açıq məlumatların mahiyyətindən, onu əldə etmək və vizual formaya çevirmək yollarından danışıblar.
Görüşlər zamanı açıq məlumatlar əsasında təşkilatlar üçün mümkün layihələrə dair beyin həmləsi edilib, müxtəlif ölkələrin təcrübəsindən danışılıb, xəritəçəkmə üzrə əsas bacarıqlar və qrafiklərin yaradılması yoları göstərilib. Bundan sonra görüş iştirakçılarının bir qrupu praktik tapşırıqları yerinə yetiriblər.
Şərhlər bağlıdır.