Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bərdədə ailənin dörd üzvü pomidor turşusundan zəhərləndi

Qida təhlükəsizliyinə diqqət – ailə üzvlərinin vəziyyəti sabitdir

51

Bərdə rayonunun Xanərəb kəndində bir ailənin dörd üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

Xəbərə görə, 07.12.2025-ci il tarixində saat 06:30 radələrində 2 qadın və 2 kişi Təcili tibbi yardım şöbəsinə gətirilib. Pasiyentlərdə qusma, ürəkbulanma və dispepsiya kimi əlamətlər müşahidə olunub və ilkin olaraq qida zəhərlənməsi diaqnozu qoyulub.

Onlara zəruri tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıblar.

Məlumatda vurğulanıb ki, ailə üzvləri pomidor turşusundan zəhərləniblər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.