Bəhreyndə otelə dron zərbəsi: İki amerikalı hərbçi yaralandı
ABŞ Dövlət Departamentinin açıqlamasına görə, yaralananlar Müdafiə Nazirliyinin əməkdaşlarıdır, digər təfərrüatlar məlum deyil
Bəhreyndəki bir otelə İran dronunun endirdiyi zərbə nəticəsində iki ABŞ hərbçisi xəsarət alıb.
Bu barədə məlumatı The Washington Post ABŞ Dövlət Departamentinin açıqlamasına istinad edərək yayıb.
Açıqlamada bildirilir ki, xəsarət alanlar ABŞ Müdafiə Nazirliyinin əməkdaşlarıdır. Digər təfərrüatlar hələ açıqlanmayıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.