Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Aztəminatlı ailələrdən olan uşaqlar üçün sosial dəstək davam edir

128 mindən çox uşaq ünvanlı dövlət sosial yardımı və digər ödənişlərlə təmin olunub, yeni qanun layihəsi isə onların hüquqlarını genişləndirir

266

Hazırda Azərbaycanda aztəminatlı ailələrin 179 min 618 uşağı ünvanlı dövlət sosial yardımı alır.

Bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində, yeni hazırlanmış “Uşaq hüquqları haqqında” qanun layihəsi müzakirə edilərkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov məlumat verib.

O bildirib ki, yeni qanun layihəsi uşaq hüquqlarını daha geniş şəkildə nəzərdə tutur və onları yalnız sosial yardım alan şəxs deyil, sosial təminat hüququ olan hüquqi subyekt kimi tanıyır.

Hüseynov əlavə edib ki, həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 2025-ci il ərzində 275 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb, 176 uşaq isə ailələrinə qaytarılıb.

2026-cı ilin yanvar ayı üçün nazirlik tərəfindən sosial ödənişlər alan uşaqların kateqoriyaları belədir:

  • 44 200 əlilliyi olan uşaq

  • 67 000 ailə başçısını itirmiş uşaq

  • 13 200 uşaq beşdən çox uşağı olan ailələrdə

  • 3 200 uşaq 1 yaşınadək aztəminatlı ailələrdə

  • 647 hərbi qulluqçuların uşağı

  • 42 övladlığa götürülmüş uşaq

  • 47 himayədar ailədə olan uşaq

Ümumilikdə 128 mindən çox uşaq müxtəlif sosial ödənişlərlə təmin olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.