Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azad olunmuş ərazilərdə tibbi aksiyalara start verilir

Suqovuşanda səyyar göz klinikası sakinlərə ümid gətirəcək

12

Azad olunmuş torpaqlarda həyatın bərpası ilə yanaşı, insan sağlamlığına da xüsusi diqqət yetirilir. Bu məqsədlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi oktyabrın 17-də Suqovuşan kəndində səyyar tibbi aksiya keçirəcək.

Aksiyanın əsas məqsədi bölgədə yaşayan, tibbi xidmətlərə çıxışı məhdud olan insanların göz sağlamlığını qorumaq və onlara yerində tibbi yardım göstərməkdir. Aksiya çərçivəsində sakinlər oftalmoloji müayinədən keçəcək, görmə ilə bağlı problemlər aşkarlanarsa, ilkin müalicə tədbirləri görüləcək. Daha ciddi hallarda isə vətəndaşlar müasir avadanlıqlarla təchiz olunmuş Milli Oftalmologiya Mərkəzinə yönləndiriləcək.

Müasir tibbi texnologiyalarla təchiz edilmiş Avtomobil Səyyar Klinikası 2005-ci ildən bəri regionlara ümid daşıyır. Klinikanın yaradılmasında məqsəd insanların uzun məsafələr qət etmədən keyfiyyətli tibbi xidmətlərdən yararlanmasına şərait yaratmaqdır.

Milli Oftalmologiya Mərkəzi illərdir ölkənin müxtəlif bölgələrində onlarla humanitar tibbi aksiya keçirib. Mərkəzin həkimləri təkcə peşəkarlığı ilə deyil, həm də insanlara qayğı və mərhəmətlə yanaşması ilə seçilirlər.

Səyyar xidmətlərin daha da genişləndirilməsi məqsədilə 2018-ci ildən Dəmiryolu Səyyar Klinikası da fəaliyyətə başlayıb. Beləcə, sağlamlıq işığı getdikcə daha çox insanın qapısını döyür.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.