Azad edilmiş ərazilərdə yüzlərlə küçəyə ünvan təyin edilib
2025-ci ildə torpaq və geobotaniki tədqiqatlar nəticəsində 12 minə yaxın ünvan qeydiyyata alınıb
Ötən il işğaldan azad olunmuş ərazilərdə 191 küçə üzrə 9.153 giriş ünvanı və 2.943 daxili ünvan müəyyən edilərək Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib. Bu barədə məlumat Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən açıqlanıb.
2025-ci il ərzində azad edilmiş torpaqlarda torpaq tədqiqatları 140,2 min hektar, geobotaniki tədqiqatlar isə 95,5 min hektar ərazidə aparılıb. Eyni zamanda, ümumilikdə 233,7 min hektar sahədə laboratoriya işləri həyata keçirilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.