Cəmiyyət

“Azərişıq”: “Elektriklə bağlı smart-kartlara ödəniş terminallarında 10 manat hədiyyə edilməsi barədə məlumat yanlışdır”

“Azəriqaz” İstehsalat Birliyi də dünən gecə saatlarından qazla bağlı yayılan məlumatın həqiqəti əks etdirmədiyini açıqlayıb.

“Elektrik enerjisi ilə bağlı smart-kartlara ödəniş terminallarında 10 manat vəsaitin hədiyyə edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir, bu məlumat tamamilə yanlışdır”.

Bunu APA-ya açıqlamasında “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə bəzi insanlar yanlış məlumatlar paylaşıb, səs yazıları, elanlar verərək elektrik enerjisi ilə bağlı smart-kartlara ödəniş terminallarında əlavə 10 manat vəsaitin hədiyyə edildiyini bildiriblər. Bu gün xüsusən bölgələrdə ödəniş terminallarının qarşısında smart-kartlarını yükləmək istəyən insanların növbəsi müşahidə olunub.

Xatırladaq ki, dünən gecə saatlarından qazla bağlı da smart-kartlara ödəniş terminallarında əlavə 10 manat vəsaitin hədiyyə edilməsi ilə bağlı insanların kütləvi aldadılması halları aşkarlanıb. “Azəriqaz” İstehsalat Birliyi bu məlumatın həqiqəti əks etdirmədiyini açıqlayıb.

Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close