Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanlı rəssam İlham Ənvəroğlu Səlcuq Universitetinin İncəsənət fakültəsinin dekanı oldu

Professor və memar İlham Ənvəroğlunun əsərləri həm Azərbaycanda, həm də Türkiyədə sərgilənir; o, həmçinin UNESCO-nun Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının üzvüdür və “Tərəqqi” medalı ilə təltif olunub.

44

Azərbaycanlı rəssam, memar, incəsənət tarixçisi və professor İlham Ənvəroğlu Türkiyənin Konya şəhərində yerləşən Səlcuq Universitetinin İncəsənət fakültəsinin dekanı vəzifəsinə gətirilib.

Diasporla İş üzrə Dövlət Komitəsi bildirir ki, İlham Ənvəroğlunun əsərləri həm Azərbaycanda, həm də Türkiyədə geniş şəkildə nümayiş olunur və çoxsaylı sərgilərdə təqdim edilib. Rəssam 2006-cı ildə 67-ci Dövlət Rəsm və Heykəltəraşlıq Sərgisində birinci yerə layiq görülüb, 2008-ci ildə Kempinski İncəsənət Günləri sərgisində mükafat alıb, 2010-cu ildə isə Balaton-Szalon Biennalesində uğurları ilə fərqlənib.

İlham Ənvəroğlu həmçinin UNESCO-nun Beynəlxalq Plastik Sənətlər Assosiasiyası (IAPA) üzvüdür və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ona “Tərəqqi” medalı təqdim olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.