Azərbaycanla Ermənistan arasında ticarət başlayıb
Prezident İlham Əliyev ABŞ nümayəndə heyəti ilə görüşdə mühüm detallar açıqladı.
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-dan olan nümayəndə heyəti ilə görüş zamanı Azərbaycanla Ermənistan arasında artıq ticarət münasibətlərinin qurulduğunu bildirib.
Dövlət başçısı əldə olunan razılaşmaların tarixi əhəmiyyət daşıdığını vurğulayaraq, bu prosesdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi qeyd edib. Prezident İlham Əliyev regional sülh gündəliyinin irəlilədilməsi istiqamətində Azərbaycanın bundan sonra da fəal mövqe sərgiləyəcəyini bildirib.
Prezidentin sözlərinə görə, hazırda Azərbaycan neft məhsullarını Ermənistana ixrac edir. Eyni zamanda Qazaxıstan və Rusiyadan gətirilən buğda Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılır. Bu faktlar iki ölkə arasında ticarət əlaqələrinin artıq real mərhələyə keçdiyini göstərir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.