Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Azərbaycanın Təbriz şəhərindəki yeni Baş konsulu Taleh Zöhrabov dünəndən etibarən rəsmi şəkildə diplomatik fəaliyyətinə start verib. Bununla əlaqədar əvvəlki Baş konsul Əliyənnağı Hüseynov geri çağırılıb. Məlumatı “Azad İran” teleqram kanalı yayıb.
Bildirilib ki, Taleh Zöhrabov fəaliyyətə başladığı ilk gün İran Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüş keçirib. Görüş zamanı Azərbaycan–İran ikitərəfli münasibətləri, regional əməkdaşlığın inkişafı, ticarət əlaqələri və mədəniyyət sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Xatırladaq ki, 27 oktyabr 2025-ci il tarixində Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Əliyənnağı Mehti oğlu Hüseynov Azərbaycanın Təbrizdəki baş konsulu vəzifəsindən geri çağırılıb. Dövlət başçısının digər Sərəncamına əsasən isə bu vəzifəyə Taleh Balaşirin oğlu Zöhrabov təyin edilib.
Əvvəlki yazı
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.