Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanın icra başçılarının maaşları açıqlanıb

Ekspert Natiq Cəfərli sistemin köhnəldiyini vurğulayaraq maaşların və vergilərin detallarını təqdim edib

3

Tanınmış iqtisadçı Natiq Cəfərli şəhər və rayon İcra Hakimiyyətlərinin başçılarına ödənilən maaşların məbləğini açıqlayıb.

Ekspertin məlumatına görə, maaşlar inzibati-ərazi vahidi və əhali sayına görə belədir:

  • Bakı şəhəri İcra başçısı – 7650 manat

  • Gəncə və Sumqayıt şəhərləri – 5625 manat

  • Əhalisi 100 min nəfərdən çox olan rayonlar (Abşeron, Masallı, Şəmkir və s.) – 4587,5 manat

  • Əhalisi 50-100 min nəfər arasında olan rayonlar (Ucar, Lerik, Beyləqan və s.) – 4225 manat

  • Əhalisi 50 min nəfərə qədər olan rayonlar (Xızı, Sədərək, Daşkəsən və s.) – 3837,5 manat

N.Cəfərli qeyd edib ki, bu məbləğlərdən 14% gəlir vergisi, 3% DSMF, 2% tibbi sığorta, 0,5% işsizlik sığortası və YAP üzvlük haqqı tutulur.

“Qeyd edim ki, maaşlar 1 mart 2022-ci ildən artıb. Məsələn, Bakı şəhərinin İcra Başçısının maaşı 2022-ci ildən əvvəl 3060 manat idi. Xızı rayonunun icra başçısı isə 2012–2022-ci illərdə ayda təxminən 1700 manat maaş alırdı, indi isə bütün ödənişlər çıxandan sonra 3000 manat civarındadır. Belə halda sual yaranır: bu gəlirlə ev, maşın və yaşayış necə uyğunlaşıb? Əlbəttə, yalnız Xızı ilə bağlı deyil, digər rayonlar üçün də eyni sual doğrudur,” – ekspert vurğulayıb.

O əlavə edib ki, Azərbaycanda icra başçıları institutu köhnəlib və problem təkcə şəxslərdə deyil, sistemdədir. “Yerli özünüidarəetmə gücləndirilməli, bələdiyyə sədrlərinin səlahiyyəti və məsuliyyəti artırılmalıdır ki, vətəndaşa xidmət etməyi öyrənsinlər və mərkəzdən gələn qeyri-qanuni tapşırıqlara deyil, seçicinin gözləntilərinə fokuslansınlar.”

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.