Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda zəhərli palma yağı aşkarlandı

AFSA Rusiyadan gətirilən bir partiya palma yağının satışına icazə verməyib; məhsul laboratoriya analizində sağlamlığa zərərli 3-monoxlorpropan-1,2-diol maddəsi aşkarlanıb.

58

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AFSA) Rusiyadan gətirilən palma yağının bir partiyasının satışına icazə verməyib.

Agentliyin açıqlamasına görə, “Food Ingredients” şirkətinə məxsus məhsullar laboratoriya analizindən keçirilib və nəticədə 3-monoxlorpropan-1,2-diol adlı kimyəvi maddənin aşkarlandığı bildirilib. Bu maddə uzun müddət və ya həddindən artıq istehlak edildikdə insan sağlamlığı üçün zərərli ola bilər.

Aşkar edilmiş partiya ya məhv ediləcək, ya gömrük ərazisindən geri ixrac olunacaq, ya da müsadirə ediləcək. İstehsalçı şirkət rəsmi qaydada məlumatlandırılıb.

AFSA vurğulayıb ki, istehlakçı sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi agentliyin prioritetlərindədir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.