Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda yumurta ən çox bahalaşan məhsul oldu

Yanvar-oktyabr aylarında qida məhsullarında qiymət dəyişiklikləri açıqlandı

14

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda ən çox qiymət artımı yumurtada qeydə alınıb — 4,7%.

Tərəvəzlər üzrə qiymət artımı 4,3%, çay, qəhvə və kakao məhsullarında isə 2,1% olub. Balıq və balıq məhsulları 0,9%, qənd, cem, bal, şokolad və konfetlər isə 0,7% bahalaşıb.

Oktyabr ayında əvvəlki aya nisbətən qiymətləri ən çox artan məhsullar arasında qarabaşaq yarması, mal və qoyun əti, mal ətindən konservlər, balıq məhsulları, yumurta, süd məhsulları (ayran, kəsmik, pendir, kərə yağı), banan, armud, fındıq, pomidor, şirin bibər, badımcan, süfrə çuğunduru, yerkökü, kartof, şokolad məmulatları və qara-yaşıl çay yer alıb.

Əksinə, limon, portağal, naringi, alma, heyva, nar, xurma, üzüm, kivi, qoz, şabalıd, göyərti, balqabaq, sarımsaq və soğanın qiymətində ucuzlaşma müşahidə olunub. Digər qida məhsullarının qiymətində isə ciddi dəyişiklik baş verməyib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.