Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda yeni müavinət – orta hesabla 8 min manat

Yeni qanun vətəndaşların sosial müdafiəsini artırır, dövlət qulluqçularının ailələrinə əlavə dəstək təmin edir

44

Azərbaycanda vətəndaşlara yeni birdəfəlik müavinət verilməsi planlaşdırılır. Bu, “Dövlət qulluğu haqqında” Qanuna təklif olunan dəyişikliklərlə nəzərdə tutulub.

Milli Məclisin deputatı Vüqar Bayramov açıqlayıb ki, qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər.

Bu halda, dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli həcmində müavinət ödəniləcək. 2024-cü ilin sonuna olan məlumatlara görə, ölkədə dövlət qulluqçularının sayı təxminən 27,4 min nəfərdir və onların orta aylıq nominal məvacibi 2 min manat təşkil edir. Beləliklə, yeni müavinətin məbləği orta hesabla 8 min manat olacaq.

Vüqar Bayramov vurğulayıb ki, bu müavinətin əsas məqsədi vətəndaşların sosial təminatını gücləndirmək və dövlət qulluqçularının ailələri üçün əlavə sosial müdafiə imkanları yaratmaqdır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.