Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda təhsil alan xarici tələbələrin sayı 30 faizdən çox artdı

Yeni tədris ilində 62 əcnəbi gənc Azərbaycan universitetlərində təhsil alacaq

8

2025–2026-cı tədris ili üzrə 62 xarici vətəndaş “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində oxumaq hüququ qazanıb.

Elm və Təhsil Nazirliyinin məlumatına görə, bu ilki göstərici ötən illə müqayisədə 32 faiz artım deməkdir. Yeni qəbul olunan tələbələr arasında 23 nəfər Çin, 11 nəfər Qazaxıstan, 4 nəfər Tacikistan, 4 nəfər Qırğızıstan, eləcə də 20 nəfər Somali vətəndaşı var.

Əcnəbi tələbələr Azərbaycan Dillər Universiteti, Dövlət İqtisad Universiteti, Dövlət Neft və Sənaye Universiteti, Dövlət Pedaqoji Universiteti, Texniki Universitet, Tibb Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti və digər ali məktəblərdə bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alacaqlar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.