Azərbaycanda su tarifləri ilə bağlı yeni sistem gündəmdə
Deputat Rövşən Muradov bildirib ki, az su istifadə edən az, çox istifadə edən isə daha çox ödəyəcək — məqsəd su ehtiyatlarının səmərəli idarə edilməsidir.
Azərbaycanda su təchizatı xidmətlərində diferensiallaşdırılmış tarif sisteminin tətbiqi müzakirə olunur. Qaz və elektrik enerjisində olduğu kimi, su istifadəsinə də limitlərin qoyulması planlaşdırılır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov bildirib ki, hazırda bu istiqamətdə təhlillər aparılır. Onun sözlərinə görə, belə bir sistem səmərəli idarəetməni təmin edəcək və israfın qarşısını alacaq. Deputat deyib ki, yuxarı, orta və aşağı limitlər müəyyənləşdirilməlidir və bu, sosial ədaləti qorumağa xidmət edəcək.
Muradov əlavə edib ki, az su istifadə edənlər üçün qiymət artımı nəzərdə tutulmur, lakin yüksək sərfiyyat edənlər daha çox ödəniş edəcəklər. O qeyd edib ki, limit sistemi insanların təbii sərvətlərdən səmərəli istifadəsini təşviq edir və yaxın gələcəkdə su tariflərində dəyişikliklərin bu istiqamətdə həyata keçirilməsi gözlənilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.