Azərbaycanda sosial və əməkhaqqı kartlarının sayı artmaqdadır
Kredit kartlarının sayında isə azalma müşahidə olunur
Dekabrın 1-nə olan məlumata əsasən, Azərbaycanda dövriyyədə olan ödəmə kartlarının ümumi sayı 21 milyon 835 minə çatıb. Kartların əsas hissəsini debet kartları təşkil edir.
Statistikaya görə, ümumi kartların 3 milyon 398 mini sosial ödəniş kartlarının, 2 milyon 935 mini əməkhaqqı kartlarının, 2 milyon 97 mini kredit kartlarının, 13 milyon 404 mini isə digər debet kartlarının payına düşür.
İlin əvvəlindən bəri sosial kartların sayı 0,8 faiz, əməkhaqqı kartlarının sayı isə 2,3 faiz artıb. Eyni dövrdə kredit kartlarının sayında 6,6 faizlik azalma qeydə alınıb.
Məlumata görə, noyabr ayında debet kartları ilə 11 milyard 360 milyon manat məbləğində 197 milyon 81 min əməliyyat, kredit kartları vasitəsilə isə 685 milyon manat həcmində 11 milyon 941 min əməliyyat həyata keçirilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.