Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda şagirdlərin məktəblərarası daşınmasına vəsait ayrıldı

Elm və Təhsil Nazirliyi bir neçə şirkətlə müqavilələr imzalayaraq xidmətlərin satın alınmasını təmin edib

102

Azərbaycanda şagirdlərin məktəbə təhlükəsiz daşınması üçün 4 milyon manatlıq vəsait ayrılıb. Elm və Təhsil Nazirliyi bu məqsədlə bir neçə nəqliyyat şirkəti ilə müqavilələr bağlayıb.

Müqavilələr Abşeron-Xızı, Dağlıq Şirvan, Qazax-Tovuz, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Qarabağ, Şərqi Zəngəzur, Quba-Xaçmaz, Şəki-Zaqatala, Şirvan-Salyan, Lənkəran-Astara və Mil-Muğan regional təhsil idarələrinin ərazisində şagirdlərin məktəblərarası daşınması xidmətlərini əhatə edir.

Məlumata görə, “Baku Rent Service” şirkəti ilə 1,1 milyon manat, “Fast Vay” şirkəti ilə 800 min manat, “Logistics and Transport Services” şirkəti ilə isə 1,9 milyon manat dəyərində müqavilə bağlanıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.