Azərbaycanda payız bu axşam başlayır
Gecə və gündüz bərabərliyi ilə müşayiət olunan payız fəsli ölkəmizdə 22 sentyabr tarixində hiss olunacaq
Bu gün axşamdan etibarən Azərbaycanda payız fəsli rəsmi olaraq başlayacaq.
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, payız 22 sentyabr saat 22:19-da ölkəmizə daxil olacaq.
Eyni zamanda bu tarixdə payız bərabərliyi baş verəcək, yəni gecə ilə gündüz eyni uzunluğa çatacaq. Günəşin şüaları Yer ekvatoruna düz bucaq altında düşdüyü üçün bütün coğrafi enliklərdə gün və gecə hərəyə 12 saat olacaq. Başqa sözlə, gecə ilə gündüz sutkanın yarısına bölünəcək. Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək və astronomik payız başlayacaq.
Payızın başlanğıcı ilə birlikdə gecələr tədricən uzanacaq, gündüzlər isə qısalacaq.
Qeyd edək ki, 2025-ci il üçün qış fəsli Azərbaycana 21 dekabr saat 19:03-də daxil olacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.