Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda pərakəndə ticarət statistikası

Hər vətəndaş ayda orta hesabla 520 manatlıq alış-veriş edib, xərclərin yarısı ərzaq məhsullarına sərf olunub

18

Bu ilin yanvar-noyabr aylarında ölkədə pərakəndə ticarət şəbəkəsində hər bir vətəndaş orta hesabla ayda 519,9 manatlıq mal alıb. Onlardan 283,5 manatlıq hissəsi ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 236,4 manatlıq hissəsi isə qeyri-ərzaq məhsullarına sərf olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, vətəndaşların xərclərinin pay bölgüsü belə olub: 50,4% ərzaq məhsulları, 4,1% içki və tütün məmulatları, 14,9% geyim, ayaqqabı və toxuculuq məhsulları, 6,0% yanacaq, 4,8% elektrik malları və mebel, 2,4% əczaçılıq məhsulları və tibbi ləvazimatlar, 1,4% kompüter, telekommunikasiya avadanlığı və çap məhsulları, 16,0% isə digər qeyri-ərzaq malları.

Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən satılan malların dəyəri real ifadədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7% artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8%-ni təşkil edib.

Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə, bu ilin eyni dövründə pərakəndə ticarət dövriyyəsi müəssisələr üzrə 7%, fərdi sahibkarlar üzrə 1,2%, bazar və yarmarkalarda isə 4,8% artıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.