Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda növbəti uğurlu böyrək transplantasiyası həyata keçirildi

Donor böyrəyi uzun illər dializdə olan xəstəni sağlam həyata qaytardı

21

Beyin ölümü baş vermiş şəxsin donor kimi bağışlanan böyrəklərindən biri uzun illər dializ müalicəsində olan və transplantasiya gözləyən İsrafil Məmmədova köçürülüb.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi məlumatı operativ şəkildə transplantasiya qrupuna ötürüb. Mərkəzi Klinikanın Transplantasiya şöbəsində transplantoloq-cərrah Tariyel Nadirovun rəhbərliyi ilə cərrah və nefroloqlardan ibarət komanda əməliyyatı yüksək peşəkarlıqla həyata keçirib.

Cəmi bir həftə sonra xəstənin vəziyyəti stabilləşib və o, uzun illər davam edən dializ asılılığından qurtularaq evə buraxılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.