Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Azərbaycanda nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının dizaynında və strukturunda mühüm dəyişikliklər edilib. Yeni standartlarla bağlı müvafiq qərar artıq təsdiqlənib.
AZS 599:2025 dövlət standartına əsasən, nömrə nişanlarında rəqəm və hərflər arasında istifadə olunan “defis” işarəsi ləğv olunur. Bununla yanaşı, nömrələrin quruluşunda daha bir vacib yenilik tətbiq edilir.
Nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, dəyişikliklər təkcə defisin götürülməsi ilə məhdudlaşmır. Yeni nömrə nişanlarında region kodu artıq 2 deyil, 3 rəqəmlə ifadə olunacaq. Ümumi struktur isə belə olacaq:
İlk 3 rəqəm – region kodu,
Sonrakı 2 hərf – nəqliyyat vasitəsinin seriyası,
Son 3 rəqəm – qeydiyyat nömrəsi.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev də təsdiqləyib ki, hazırda istifadə edilən nömrə nişanları dəyişdirilməyəcək. Yeniliklər yalnız bundan sonra veriləcək yeni nömrələrə şamil olunacaq.
Növbəti yazı
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.