Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda muzdla işləyənlərin sayı 1,8 milyonu ötüb

2025-ci ilin sonuna orta aylıq əməkhaqqı 1 089 manat təşkil edib, ən yüksək maaş mədənçilik, maliyyə və informasiya sahələrindədir

308

2025-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 797,4 min nəfər olub. Onlardan 869 min nəfəri dövlət sektorunda, 928,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla işləyənlərin sahələr üzrə bölgüsü belədir: 18,6%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,2%-i təhsil, 14,0%-i sənaye, 8,5%-i səhiyyə və sosial xidmətlər, 6,7%-i tikinti, 6,3%-i dövlət idarəetməsi və müdafiə, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-u peşə, elmi və texniki fəaliyyət, 2,4%-ü kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-ü maliyyə və sığorta fəaliyyəti, qalan 14,6% isə iqtisadiyyatın digər sahələrində çalışır.

2025-ci ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3% artaraq 1 089,2 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində qeydə alınıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.