Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
2025-ci ildə Azərbaycanda ümumilikdə 1 425 981 Qkal həcmində istilik enerjisi istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33 224 Qkal və ya 2,4 faiz çoxdur.
Məlumat Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən dərc olunan illik hesabatda əksini tapıb.
Hesabata əsasən, topdansatış mexanizmi çərçivəsində Azərenerji ASC-nin İstilik Elektrik Mərkəzindən 144 736 Qkal istilik enerjisi satın alınıb. Bu isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 341 Qkal və ya 3,8 faiz artım deməkdir.
Qazın xüsusi sərfiyyatı da azalıb. Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu göstərici 2,8 m³/Qkal azalaraq 137,1 m³/Qkal səviyyəsində qərarlaşıb. Nəticədə 3 984 157 kubmetr həcmində təbii qaza qənaət edilib.
İstehsal olunan istilik enerjisinin 99,8 faizi qaz yanacağı hesabına əldə edilib. Qalan 0,2 faiz isə elektrik enerjisi və dizel yanacağından istifadə olunmaqla istehsal edilib.
Əvvəlki yazı
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.