Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda iş yerləri mövcuddur, lakin gənclərin əmək marağı zəifdir

Deputat Elman Nəsirov bildirib ki, regionlarda iş var, amma gənclər müxtəlif səbəblərlə təklif olunan işləri qəbul etmir, bu da məşğulluq problemini daha da mürəkkəbləşdirir

781

“İşsizlik və məşğulluq yalnız Azərbaycana xas olan məsələ deyil, bu, qlobal problem kimi bütün dünyada müşahidə olunur. Hətta inkişaf etmiş Avropa ölkələrində də gənclər iş tapmaqda çətinliklərlə üzləşirlər.

Buna görə də paytaxtlarda urbanizasiya sürətlənib, gənclər daha çox Bakıya üz tutur, çünki burada iş imkanları daha çoxdur”, – Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

Deputat vurğulayıb ki, bu tendensiya nəticəsində regionlarda əhali azalır, əmək resursları isə şəhərlərə cəlb olunur və nəticədə paytaxtda da iş tapmaq çətinləşir. O, əlavə edib ki, Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq proqramlarının əhəmiyyətini xüsusi vurğulayıb.

“Minlərlə vətəndaş bu proqramlar vasitəsilə işlə təmin olunur. Lakin bəzi hallarda təklif olunan işlərə maraq göstərilməyib – maaş, iş şəraiti və şəxsi üstünlüklər uyğun gəlmir. Yəni iş yoxdur deyə gileylənmək düzgün deyil, məsələ həm də seçim və münasibətlə bağlıdır”, – deputat qeyd edib.

O əlavə edib ki, gənclər ixtisas seçərkən əmək bazarının tələblərini nəzərə almalıdır: “Bazarda tələbat olmayan sahələrə axın gələcəkdə iş tapmaqda çətinlik yaradır. Rəqabət qabiliyyəti yüksək, müasir tələblərə uyğun ixtisaslar seçilməlidir.

Praktikada olur ki, konkret iş təklifi verilsə belə, gənclər onu müxtəlif səbəblərlə rədd edir. Məsələn, Cəlilabadda kartof yığımı zamanı iki gənc işin çətin olduğunu əsas gətirərək iştirak etmədi. Halbuki sovet dövründə belə işlər gənclər üçün normal idi.

Bəzən işə maraqsızlıq və zəhmətdən yayınma da müşahidə olunur. Bu səbəbdən yalnız iş yerləri yaratmaq kifayət deyil, gənclərdə əmək münasibətinə düzgün yanaşmanı formalaşdırmaq da vacibdir”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.