Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda ilk dəfə qadın hərbi həkimlər hazırlanacaq

ATU-nun Hərbi Tibb Fakültəsində qız tələbələr forma geyinəcək, təlimlərdə iştirak edəcək və rütbə alacaqlar

12

Azərbaycanda ilk dəfə Azərbaycan Tibb Universitetində (ATU) qız hərbi həkimlərin hazırlanmasına başlanılıb. Bu barədə universitetin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qız tələbələr oğlanlarla bərabər forma geyinəcək, təlimlərdə iştirak edəcək, rütbə alacaq və gələcəkdə güc strukturlarının tibb müəssisələrində işlə təmin olunacaqlar.

ATU-nun Hərbi Tibb Fakültəsi 25 ildir fəaliyyət göstərir və ölkədə hərbi tibbi kadrların hazırlanması üzrə yeganə fakültədir. Fakültənin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev bildirib ki, son illər qəbul prosesində mühüm yeniliklər həyata keçirilib, regionlarda məntəqələr açılıb və elektron baza yaradılıb. Bunun nəticəsində fakültəyə maraq xeyli artıb.

Bu il ilk dəfə qızların fakültəyə qəbuluna icazə verilib. Nəticədə dövlət sifarişli plan üzrə 159 nəfər qəbul olunub ki, onların 56-sı qızlardır. Ən yüksək nəticəni 667,6 balla Tükəzban Zalova göstərib.

Əlavə olaraq, əvvəlki illərdə yalnız hərbi tibb və stomatologiya üzrə qəbul aparılırdısa, bu ildən ictimai səhiyyə və əczaçılıq ixtisasları da əlavə olunub. Həmçinin feldşer ixtisasına qızların da qəbuluna başlanılıb.

Polkovnik Rzayev qeyd edib ki, tələbələr yalnız tədris prosesində deyil, həm də peşəkar hazırlıq kurslarında iştirak edəcək, ehtiyac olan sahələr üzrə göndərişlər əsasında işlə təmin olunacaqlar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.