Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda güclü külək və leysan gözlənilir – FHN əhaliyə xəbərdarlıq etdi

FHN: Güclü külək, leysan və ildırım təhlükəsinə qarşı hər kəs qaydalara əməl etməlidir.

28

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün axşamdan etibarən ölkə ərazisində hava şəraitinin qeyri-sabit olacağı proqnozlaşdırılır. Növbəti günlərdə arabir güclü külək əsəcək, bəzi bölgələrdə leysan xarakterli intensiv yağış yağacaq, dağ çaylarından isə qısamüddətli sel və daşqın keçəcəyi gözlənilir. Həmçinin şimşək çaxacağı ehtimalı da var.

Fövqəladə Hallar Nazirliyi (FHN) əhalini diqqətli olmağa çağıraraq təhlükəsizlik qaydalarını xatırladıb. Nazirlik xəbərdarlıq edir ki, güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən, elektrik dirəkləri və hündür ağaclardan uzaq durmaq lazımdır. Yanğın təhlükəsizliyi qaydalarına da xüsusilə ciddi riayət olunması tövsiyə edilir.

Leysan nəticəsində yarana biləcək sel və daşqın təhlükəsindən qorunmaq üçün vətəndaşların riskli ərazilərdən uzaq durması və təhlükə yaranarsa dərhal yaxınlıqdakı yüksəkliyə qalxması vacibdir.

İldırım zamanı isə elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada hündür obyektlərdən uzaq dayanmaq, avtomobildə olarkən isə hərəkəti dayandıraraq şüşələri bağlayıb ildırımın bitməsini gözləmək tövsiyə olunur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.