Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda elmi inkişafın gələcəyi üçün islahatlar qaçılmazdır

Prezident İlham Əliyev vurğulayıb ki, təhsil və bilik əsas amillərdir, neft və qaz resursları isə davamlı inkişaf üçün kifayət etməyəcək

1. 150

“Əgər biz elmi tərəqqini həqiqətən təmin etmək istəyiriksə, sadəcə elmi kadrları işlə təmin etmək kifayət deyil, islahatlar aparmaq zəruridir. Bu addımı atmasaq, inkişafımız müəyyən məhdudiyyətlərlə üzləşəcək”.

Bu fikirləri Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, inkişaf etmiş ölkələr zənginliyi neft və qazla yox, bilik, təhsil və elmlə qazanırlar. Son 20 ildə Azərbaycanda yeni ali təhsil müəssisələrinin yaradılmasının məqsədi də məhz budur: “Dövlət bu siyasəti davam etdirir. Təhsilin keyfiyyətini yüksəltmək, müəllimlərin sosial təminatını yaxşılaşdırmaq, peşəkarlığı artırmaq, test sistemini təkmilləşdirmək – bütün bunlar cəmiyyətin bilikli və savadlı olmasına yönəlib. Yalnız belə olduqda uzunmüddətli inkişaf mümkün olacaq. Əks halda neft və qaz ehtiyatlarımız tükəndikdən sonra ciddi çətinliklərlə üzləşəcəyik”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.