Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda dini nəşrlərə ciddi yoxlama – 49 ədəbiyyat qadağan edildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ekspertizalar nəticəsində idxal və nəşr üçün məqsədəuyğun sayılmayan materialları müəyyən edib, sağlam mənəvi mühiti qorumağı hədəfləyir

336

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə istehsal olunan və xaricdən gətirilən dini ədəbiyyat, eləcə də audio-video materiallar, elektron və kağız daşıyıcılar üzərində dinşünaslıq ekspertizasını həyata keçirir. Aparılan ekspertizalar nəticəsində 3549 adda dini ədəbiyyatın idxalı və nəşri məqsədəuyğun hesab olunub, 49 adda isə qadağan edilib.

Trend-ə verilən məlumata görə, Komitə həmçinin dini təyinatlı materialların qanunvericiliyə uyğun olaraq nəzarət markası ilə təmin olunmasını təşkil edir.

Komitəyə daxil olan müraciətlər müxtəlif məqsədlərlə olur – şəxsi istifadə üçün idxal, satış və yayım, ölkə nəşriyyatlarının sifarişi ilə nəşr, eləcə də ixrac. Hər bir dini ədəbiyyat materialı ekspertizadan keçirilir və rəy hazırlanır. Rəy tədqiqat və nəticə hissələrindən ibarət olur, əgər kitabın çapı və ya idxalı məqsədəuyğun sayılmırsa, səbəblər rəydə göstərilir.

Qurum qeyd edir ki, bu tədbirlər Azərbaycan Konstitusiyasının 48-ci maddəsi və “Dini etiqad azadlığı haqqında” qanun çərçivəsində həyata keçirilir. Məqsəd sağlam mənəvi mühiti qorumaq və inancından asılı olmayaraq hər bir vətəndaşın hüquqlarını təmin etməkdir. 2025-ci ildə ölkəyə daxil olmuş 3598 adda dini materialdan 3385-i idxal, 213-ü isə nəşr üçün nəzərdən keçirilib. Aparılan ekspertizalar nəticəsində 3549 adda ədəbiyyatın idxalına və nəşrinə icazə verilib, 49 adda ədəbiyyatın idxal və nəşrinə isə qadağa tətbiq olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.