Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda 90 yaşdan yuxarı 21 424 uzunömürlü vətəndaş yaşayır

Paytaxt və bölgələr üzrə statistik göstəricilər açıqlanıb

11

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvarın 1-nə olan rəsmi statistika əsasında Azərbaycanda 90 yaşdan yuxarı 21 424 nəfər uzunömürlü vətəndaş yaşayır.

Paytaxt Bakı bu kateqoriyada ön sıradadır. Burada 90 yaşdan yuxarı 5 166 nəfər qeydiyyata alınıb. Rayonlar üzrə lider Nəsimi rayonu olub – 1 146 nəfər uzunömürlü sakin yaşayır. Yasamal rayonu 640 nəfərlə ikinci sıradadır.

Abşeron rayonunda 657, Naxçıvan Muxtar Respublikasında isə 1 597 nəfər 90 yaşdan yuxarıdır. Rayonlar arasında uzunömürlü əhalinin sayı Şəmkirdə 561, Şəkidə 476, Cəlilabadda isə 467 nəfər təşkil edir.

İqtisadi rayonlar üzrə uzunömürlü vətəndaşların bölgüsü belədir:

  • Gəncə–Daşkəsən: 1 126 nəfər

  • Qarabağ: 1 515 nəfər

  • Qazax–Tovuz: 2 014 nəfər

  • Lənkəran–Astara: 1 555 nəfər

  • Şirvan–Salyan: 940 nəfər

  • Şərqi Zəngəzur: 701 nəfər

  • Şəki–Zaqatala: 1 379 nəfər

  • Mərkəzi Aran: 1 268 nəfər

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.