Azərbaycanda 90 yaşdan yuxarı 21 424 uzunömürlü vətəndaş yaşayır
Paytaxt və bölgələr üzrə statistik göstəricilər açıqlanıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvarın 1-nə olan rəsmi statistika əsasında Azərbaycanda 90 yaşdan yuxarı 21 424 nəfər uzunömürlü vətəndaş yaşayır.
Paytaxt Bakı bu kateqoriyada ön sıradadır. Burada 90 yaşdan yuxarı 5 166 nəfər qeydiyyata alınıb. Rayonlar üzrə lider Nəsimi rayonu olub – 1 146 nəfər uzunömürlü sakin yaşayır. Yasamal rayonu 640 nəfərlə ikinci sıradadır.
Abşeron rayonunda 657, Naxçıvan Muxtar Respublikasında isə 1 597 nəfər 90 yaşdan yuxarıdır. Rayonlar arasında uzunömürlü əhalinin sayı Şəmkirdə 561, Şəkidə 476, Cəlilabadda isə 467 nəfər təşkil edir.
İqtisadi rayonlar üzrə uzunömürlü vətəndaşların bölgüsü belədir:
-
Gəncə–Daşkəsən: 1 126 nəfər
-
Qarabağ: 1 515 nəfər
-
Qazax–Tovuz: 2 014 nəfər
-
Lənkəran–Astara: 1 555 nəfər
-
Şirvan–Salyan: 940 nəfər
-
Şərqi Zəngəzur: 701 nəfər
-
Şəki–Zaqatala: 1 379 nəfər
-
Mərkəzi Aran: 1 268 nəfər
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.