Azərbaycanda 74 stomatoloqun qanunsuz fəaliyyəti aşkarlanıb
Lisenziya və sertifikasiya olmadan fəaliyyət göstərən həkimlər və yoxlamaya mane olan sahibkarlar qeydə alınıb
2025-ci ildə ölkədə 74 stomatoloqun qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, aşkar edilmiş pozuntular arasında lisenziya şərtlərinə riayət etməmək, sertifikasiya və lisenziya olmadan tibbi fəaliyyət göstərmək halları üstünlük təşkil edib. Xüsusilə 33 nəfər lisenziya şərtlərinə, 16 nəfər lisenziyasız fəaliyyətə, 8 nəfər lisenziyadan kənar işə, 9 nəfər sertifikatsiya olmadan özəl tibb xidmətləri göstərməyə görə qeydə alınıb.
Bundan əlavə, 5 stomatoloq həm sertifikasiya, həm də lisenziyadan kənar fəaliyyət göstərdiyi üçün qanun pozuntusuna yol verib. Bir halda isə sahibkar yoxlama prosesinə maneçilik göstərmiş, sənədləri təqdim etməmiş və yoxlamaya əraziyə baxışı əngəlləmişdir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.