Azərbaycanda ətin bahalaşmasının səbəbləri açıqlandı
Torpaq idarəçiliyi, otlaq sahələrinin azalması və yem çatışmazlığı qiymətləri artırır
Azərbaycanda ət məhsullarının bahalaşması təkcə bazar oyunlarının nəticəsi deyil, həm də dərin struktur problemlərlə bağlıdır. İqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, əsas səbəblər arasında torpaq idarəçiliyindəki çatışmazlıqlar, əhalinin sürətli artımı və otlaq sahələrinin azalması dayanır.
Ekspertin sözlərinə görə, son 20 ildə əhali 8,5 milyondan 10,2 milyona yüksəlib, amma kənd təsərrüfatına yararlı torpaq sahəsi demək olar dəyişməyib. Bu səbəbdən adambaşına düşən torpaq 0,56 hektardan 0,47 hektara enib. Əkin sahələri artsa da, otlaq və örüşlərin azalması heyvandarlığın əsas dayağını zəiflədib. Nəticədə yem bazası daralıb, bu isə ətin maya dəyərini yüksəldib.
Əmirov çıxış yolu kimi torpaq idarəçiliyində islahatlar, istifadəsiz torpaqların kənd təsərrüfatına cəlb edilməsi, süni yem istehsalının genişləndirilməsi və iri təsərrüfatların yaradılmasını təklif edib. O bildirib ki, bu addımlar atılmadıqca ətin qiymətində artım davam edəcək və sabitlik mümkün olmayacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.