Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda əməkhaqqı yüksəlir

2026-cı ildə orta aylıq maaşın 1 170 manatı ötəcəyi, 2029-cu ildə isə 1 400 manata yaxınlaşacağı proqnozlaşdırılır

17

2026-cı ildə ölkədə muzdla çalışanların orta aylıq əməkhaqqısının 1 170,8 manata çatacağı gözlənilir.

Bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin dövlət və icmal büdcəsinə dair ilkin proqnozlarında məlumat verilir.

Rəsmi açıqlamaya əsasən, əməkhaqqı artımı növbəti illərdə də davam edəcək:

  • 2027-ci ildə – 1 246,8 manat,

  • 2028-ci ildə – 1 327,6 manat,

  • 2029-cu ildə isə – 1 411,8 manat olacaq.

Xatırladaq ki, 2025-ci ilin yanvar–iyul aylarında ölkə iqtisadiyyatında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq 1 098,1 manat təşkil edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.