Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycana Küveytdən gələn turistlərin sayı artır

Səfir Abdullah Almauidinin sözlərinə görə, hər il 30 mindən çox Küveyt vətəndaşı Azərbaycana səfər edir, ölkələr arasında həftədə 4 aviareys həyata keçirilir

41

Küveytdən Azərbaycana səfər edən turistlərin sayı artmaqdadır. Bu barədə Küveytin Azərbaycandakı səfiri Abdullah Mohamed Abdullah Almauidi ölkəsinin milli bayramı münasibətilə keçirilən tədbirdə bildirib.

Diplomatın sözlərinə görə, hər il Küveytdən Azərbaycana gələnlərin sayı 30 mini keçir. Hazırda iki ölkə arasında həftədə dörd aviareys həyata keçirilir ki, bu da turist axınının artmasına töhfə verir.

Səfir həmçinin qeyd edib ki, Küveyt Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında fəal iştirak etməyi planlaşdırır. Onun fikrincə, belə mötəbər tədbirin Bakıda təşkili Azərbaycanın regional və beynəlxalq arenadakı rolunun göstəricisidir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.