Azərbaycan-Vyetnam əlaqələrinin inkişafı yüksək səviyyədə davam edir
Prezident İlham Əliyev Vyetnamın müstəqilliyinin 80 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb
Xoş ənənələr əsasında inkişaf edən Azərbaycan-Vyetnam münasibətləri məmnunluq doğurur. May ayında Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri ikitərəfli əlaqələr üçün mühüm əhəmiyyət kəsb edib. Səfər zamanı bir sıra sənədlər imzalanıb, xüsusilə də “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirib.
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Prezidenti Lıonq Kıonqaya ünvanladığı təbrik məktubunda bu münasibətləri vurğulayıb. Dövlət başçısı bildirib ki, Vyetnam böyük inkişaf yolu keçərək bütün sahələrdə sanballı nailiyyətlər əldə edib.
Prezident qeyd edib ki, ölkələrimiz arasında iqtisadiyyat, ticarət, mədəniyyət, təhsil, energetika və nəqliyyat sahələrində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan uğurlu əməkdaşlıq xüsusi vurğulanıb.
Dövlət başçısı əminliyini ifadə edib ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Vyetnam arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.