Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlak marağı artır

Oktyabr ayında alqı-satqı 23% artaraq 96 mənzilə çatıb, Rusiya və Almaniya vətəndaşları isə ən çox ev alanlar sırasındadır

8

Oktyabr ayında Türkiyədə əcnəbilərə ümumilikdə 2 106 ev satılıb. Azərbaycan vətəndaşları isə qonşu ölkədən 96 daşınmaz əmlak alaraq ötən ilin eyni ayı ilə müqayisədə 23,08% artım göstəriblər.

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, oktyabrda ümumi xarici vətəndaşlara satış əvvəlki ilin eyni ayı ilə müqayisədə 0,8% azalıb. Yanvar-sentyabr dövründə isə əcnəbilərə mənzil satışı 11,3% azalaraq 17 050 mənzil təşkil edib.

Ötən ay ən çox ev Rusiya vətəndaşlarına (315) satılıb, Almaniya vətəndaşları 191 mənzil alaraq ikinci, İran vətəndaşları isə 172 mənzil alaraq üçüncü sırada yer alıblar. Sentyabr ayında azərbaycanlılar Türkiyədən 67 mənzil almışdı, 2024-cü ilin ümumi göstəricisi isə 866 mənzil təşkil edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.