Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan və Serbiya sənədlərin mübadiləsini həyata keçirdi

İki ölkə arasında iqtisadiyyat, mədəniyyət, idman, media və tibbi sığorta sahələrində əməkdaşlıq sənədləri imzalanıb

39

Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi keçirilib.

Mərasim çərçivəsində bir neçə sahədə əməkdaşlıq barədə sənədlər imzalanıb:

  • Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycanın maliyyə naziri Sahil Babayev və Serbiyanın kənd təsərrüfatı, meşəçilik və su təsərrüfatı naziri Dragan Glamočiç mübadilə ediblər.

  • Qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması üzrə sazişi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç imzalayıb.

  • İqtisadi sahədə Anlaşma Memorandumu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Serbiya Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Adriana Mesaroviç tərəfindən mübadilə olunub.

  • Media və kommunikasiya sahəsində əməkdaşlıq barədə memorandum Azərbaycanın maliyyə naziri Sahil Babayev və Serbiyanın informasiya və telekommunikasiya naziri Boris Bratina arasında imzalanıb.

  • Mədəniyyət sahəsində əməkdaşlıq (2026-2030) memorandumunu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Serbiyanın mədəniyyət naziri Nikola Selakoviç imzalayıb.

  • İdman sahəsində Anlaşma Memorandumu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Serbiyanın idman naziri Zoran Qayiç tərəfindən mübadilə edilib.

  • Tibbi sığorta sahəsində əməkdaşlıq memorandumunu Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyev və Serbiya Milli Tibbi Sığorta Fondunun direktoru Saniyya Radojeviç imzalayıb.

Bu mərasim iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.