Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan və İsrail münasibətləri daha da güclənir

Prezident İlham Əliyev İsrail Xarici İşlər Naziri Gideon Saarla görüşərək iqtisadi, texnoloji və sosial əməkdaşlıq məsələlərini müzakirə edib

366

Prezident İlham Əliyev yanvarın 26-da İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarı qəbul edib.

Görüş zamanı bir neçə gün əvvəl Davos Forumunda baş tutan Azərbaycan və İsrail prezidentlərinin görüşü xatırlanıb. Həmin görüşdə ikitərəfli gündəlikdəki məsələlərin müzakirə olunduğu vurğulanıb.

Ölkələr arasındakı əlaqələrin müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, enerji, turizm, kənd təsərrüfatı, su resursları, yüksək texnologiyalar və süni intellekt istiqamətlərində uğurla inkişaf etdiyi qeyd edilib. Qarşılıqlı səfərlər və təmasların əməkdaşlığın dərinləşdirilməsindəki əhəmiyyəti xüsusi qeyd olunub.

Hökumətlərarası komissiyanın fəaliyyətinə də toxunularaq, yaxın günlərdə keçirilmiş növbəti iclasın nəticələri müzakirə edilib. Gideon Saar səfər çərçivəsində ölkələr arasında biznes forumunun təşkil olunacağını, bunun iqtisadi-ticarət əlaqələrini daha da gücləndirəcəyini bildirib.

Nazir həmçinin Azərbaycanda yəhudi icmasına göstərilən dövlət qayğısına görə Prezident Əliyevə təşəkkürünü çatdırıb. Görüş zamanı digər qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.