Azərbaycan və Ermənistan liderlərinin BƏƏ-də mümkün görüşü: Sülh mükafatı çərçivəsində danışıqlar planlaşdırılır
İlham Əliyev və Nikol Paşinyan “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdimat mərasimində bir araya gələ bilər
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərində görüşə bilərlər. Görüş “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimat mərasimi çərçivəsində baş tuta bilər.
Hər iki lider bu il sülh sazişinin paraflanmasına görə mükafata layiq görülüblər. Prezident İlham Əliyev dəvət məktubunu Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam və münsiflər heyətinin üzvlərindən – Şarl Mişel və Musa Fakini qəbul edərkən alıb. Nikol Paşinyan isə fevralın 4-də şəxsən BƏƏ-yə səfər edəcəyini açıqlayıb.
Xatırladaq ki, Azərbaycan və Ermənistan liderləri ötən il iyulun 10-da BƏƏ-də görüşmüş və daha sonra ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda sülh müqaviləsini paraflamışdılar.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.