Azərbaycan və Ermənistan arasında enerji tədarükü davam edir
2025-ci ilin sonunda başlayan neft məhsulları ixracı yeni partiya ilə davam etdiriləcək
Ermənistan İqtisadiyyat Nazirliyi Azərbaycandan ölkəyə növbəti neft məhsulları partiyasının göndəriləcəyini təsdiqləyib.
Nazirliyin sözçüsü Lilit Şaboyan məlumatı təsdiqləyib, lakin əlavə təfərrüat paylaşmayıb.
Azərbaycan mediası xəbər verib ki, bu dəfə Ermənistana 1000 ton A92 markalı benzin, eyni miqdarda dizel yanacağı və 1800 ton A95 benzini daşınacaq.
Qeyd edək ki, Azərbaycandan Ermənistana neft məhsullarının ilk göndərişi 2025-ci ilin sonunda həyata keçirilib. Həmin vaxt 22 vaqondan ibarət qatar 1218 ton A95 markalı benzini ölkəyə çatdırmışdı.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.