Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan və BƏƏ strateji əməkdaşlığı genişləndirir

Əbu-Dabidə müdafiə və enerji sahələrini əhatə edən sənədlər Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə imzalanıb

71

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müdafiə və enerji sahələrini əhatə edən bir sıra mühüm sənədlər imzalanıb. Razılaşmalar Əbu-Dabidə keçirilən rəsmi tədbir çərçivəsində rəsmiləşdirilib.

Sənədlərdən biri İqtisadiyyat Nazirliyinin “Cənub Qaz Dəhlizi” QSC-dəki nəzarətsiz payının müəyyən hissəsinin BƏƏ-nin aparıcı enerji şirkəti olan Əbu-Dabi Milli Neft Şirkətinin investisiya strukturu XRG-yə satışı ilə bağlı alqı-satqı müqaviləsinə aiddir.

Müvafiq sənədlər Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə imzalanıb ki, bu da razılaşmalara verilən strateji əhəmiyyəti göstərir.

Bundan əlavə, səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutan niyyət məktubu da imzalanıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.