Azərbaycan və ABŞ texnologiya sahəsində strateji tərəfdaşlığa başlayır
Xartiya çərçivəsində süni intellekt, rəqəmsal infrastruktur və R&D layihələri üzrə birgə əməkdaşlıq gücləndiriləcək
Azərbaycan və Amerika Birləşmiş Ştatları iqtisadi inkişafı sürətləndirmək və ikitərəfli biznes mühitini gücləndirmək məqsədilə geniş əməkdaşlığa başlayır.
Bu təşəbbüs “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nda öz əksini tapıb.
Sənəd çərçivəsində tərəflər süni intellekt (AI) sahəsində tərəfdaşlıqların inkişafını, rəqəmsal infrastruktur və kosmik sənaye layihələrini təşviq etməyi planlaşdırırlar. Eyni zamanda Tədqiqat və İnkişaf (R&D) platformaları, innovasiya körpü proqramları və kibertəhlükəsizlik təşəbbüsləri həyata keçiriləcək. Bu əməkdaşlıq ölkədə texnoloji istedadların inkişafına və transsərhəd rəqəmsal bağlantıların gücləndirilməsinə dəstək verəcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.