Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan universitetlərindən tarixi uğur

Dörd ali məktəbimiz “Dünyanın ən yaxşı universitetləri” siyahısında

18

Azərbaycan ali təhsil müəssisələri beynəlxalq arenada mövqelərini möhkəmləndirməkdə davam edir. İlk dəfə ölkəmizin dörd universiteti “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi tərəfindən açıqlanan “Dünyanın ən yaxşı universitetləri” siyahısına daxil olub.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, ötən il bu siyahıda yalnız iki Azərbaycan universiteti yer almışdı, 2020-ci ildə isə ölkəmizdən heç bir ali məktəb reytinqdə təmsil olunmamışdı.

Nazirlik bildirib ki, bu il iki universitet öz mövqeyini ötən illə müqayisədə gücləndirib, daha iki universitet isə ilk dəfə qlobal reytinqə daxil olub. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilk dəfə olaraq TOP 1000 sırasına daxil olub. Bakı Dövlət UniversitetiAzərbaycan Dövlət Neft və Sənaye Universiteti isə 1501+ intervalında yer alaraq nəticələrini yaxşılaşdırıblar. Reytinqə yeni daxil olan Azərbaycan Texniki Universiteti də eyni kateqoriyada qərarlaşıb.

Qeyd olunub ki, Mərkəzi Asiya ölkələri arasında Azərbaycan reytinqə düşən universitetlərin sayına görə ikinci yerdə, Cənubi Qafqaz regionunda isə lider mövqedədir.

Nazirlik həmçinin vurğulayıb ki, reytinqin bütün meyarları üzrə Azərbaycan universitetlərinin göstəriciləri orta hesabla 4 bal artıb — bu da ölkəmizdə ali təhsilin keyfiyyətinin yüksəldiyini göstərir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.