Azərbaycan Sidney Beynəlxalq Astronavtika Konqresində təmsil olunur
76-cı konqresdə ölkəmiz alimlər və gənc istedadlarla iştirak edir
Avstraliyanın Sidney şəhərində keçirilən 76-cı Beynəlxalq Astronavtika Konqresi (IAC 2025) dünyanın 89 ölkəsinin nümayəndələrini bir araya gətirib. Tədbirdə Azərbaycan da ən geniş tərkibli nümayəndə heyətlərindən biri ilə iştirak edir.
“Azərkosmos”un təşkilatçılığı ilə baş tutan mötəbər tədbirdə tanınmış azərbaycanlı alimlər, təcrübəli pedaqoqlar və ölkənin müxtəlif ali təhsil müəssisələrini təmsil edən gənc tədqiqatçılar çıxış edirlər.
Qarabağ Universiteti də ilk dəfə olaraq bu beynəlxalq konqresdə iştirak edir. Universitetin ilk rəsmi tələbəsi, astrofizika üzrə iki beynəlxalq olimpiadanın iştirakçısı Atilla Muradlı “Periodik kometlərin orbital xüsusiyyətləri: orbital dövr, maililik və böyük yarımoxun paylanması” mövzusunda elmi məruzə ilə çıxış edəcək.
Builki konqresin əsas mövzusu “Sustainable Space: Resilient Earth” – “Davamlı Kosmos: Dayanıqlı Yer” adlanır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.