Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan QHT Agentliyinin icraçı direktoru forumda çıxış edib

Zəngəzur dəhlizi vətəndaş cəmiyyətləri arasında əməkdaşlığı gücləndirəcək, Türk dövlətləri birliyinə töhfə verəcək

11

Bu gün Türk dövlətləri arasında mövcud sıx əlaqələr dövlət başçılarının qarşılıqlı etimadı, şəxsi münasibətləri və siyasi iradəsi sayəsində ən yüksək səviyyəyə çatıb. Ortaq tariximiz və mədəni dəyərlərimiz, həmçinin birgə məqsədlərimiz bizi yalnız birləşdirmir, eyni zamanda daha da gücləndirir.

Bu fikirləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılış mərasimində səsləndirib.

İcraçı direktor bildirib ki, Vətən müharibəsində əldə edilən şanlı zəfər yalnız Azərbaycanın deyil, bütöv Türk dünyasının nailiyyətidir. Qarşıdakı illərdə istifadəyə veriləcək Zəngəzur dəhlizi isə Türk xalqlarını birləşdirən canlı körpü rolunu oynayacaq:
“Türk birliyinin inkişafı yalnız dövlət iradəsinə deyil, eyni zamanda xalqlar və vətəndaş cəmiyyətləri arasında möhkəm münasibətlərə bağlıdır. Bu baxımdan, Agentliyimiz Türk dövlətləri ilə əməkdaşlıq istiqamətində analoji qurumlarla əlaqələrin qurulmasına böyük önəm verir. Artıq Türkiyə vətəndaş cəmiyyəti və vəkillər idarəsi, Özbəkistan Milli Assambleyası, parlament komissiyası və Yüksəliş Fondu ilə əməkdaşlıq memorandumu imzalanıb. Hazırda Özbəkistanla birgə Qrant müsabiqəsinin elan edilməsi üçün son hazırlıqlar aparılır.”

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.